“Direktorların işdən çıxarılmasını yeni nazirlə bağlamaq olmaz”  - Monitorinqlərin yekunu... 

“Həmin direktorlar, yəqin ki, bütün hallarda işlərindən azad ediləcəkdi”


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar. İdarədən verilən məlumata görə, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.



Dəyişikliyi “Sherg.az”a qiymətləndirən təhsil eksperti, Əməkdar müəllim Almaz Həsrət verilən qərarın əvvəlki proseslərin məqsədyönlü yekunu hesab etdiyini deyib:

 “Bu dəyişikliklər, əlbəttə, uzun çəkən araşdırmaların, monitorinqlərin nəticəsi idi. Yəni sırf yeni nazirin adı ilə bağlamaq olmaz. Çünki bir günün içində verilən qərar deyil. Həmin direktorlar, yəqin ki, bütün hallarda işlərindən azad ediləcəkdi. Sadəcə belə demək mümkünsə, Emin müəllimin vaxtına təsadüf etdi”.

A.Həsrət, həmçinin yeni təyinatı yüksək qiymətləndirdiyini deyib: 

“Bu, onu göstərir ki, dövlət başçısının tutduğu eyni strategiya bütün istiqamətlər üzrə davam etdirilir. Emin müəlllim çox bacarıqlı adamdır, təhsili yaxşı bilir. Biz onu Təhsil İnstitutunda çalışdığı vaxtdan tanıyırıq. O da müəllimlərə, məktəblərə yaxşı bələddir.

Odur ki, bu təyinata sevinməmək qəbahət olar. Emin müəllimə göstərilən etimadın, sözügedən seçimin uğurlu nəticələrə səbəb olacağına ümid edirəm”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu