DİM-dən İTTİHAMA CAVAB: "5-10  iştirakçının müəlliminə dedikləri ilə..."

“Müəyyən güzəştlərin olacağını gözləyirdik. Amma ayın 10-da keçirilən imtahanlara əsasən deyə bilərəm ki, nəinki çətin, hətta mübahisəli suallar da az deyildi. Halbuki DİM-in qəbul etdiyi imtahan qaydalarına müvafiq olaraq, elmi mübahisə doğuran məqamlar sual predmetinə çevrilməməlidir"- Təhsil eksperti Nabatəli Qulam oğlu bir müddət keçirilən imtahanların nəticələri ilə bağlı danışarkən bu sözləri deyib. O, sualların səviyyəsinin gözlənildiyindən çətin olduğunu iddia edib.

DİM- in mətbuat xidmətinin rəisi Xanlar Xanlarzadə bu barədə "Sherg.az"ın sorğusunu cavablandırıb. Bildirilib ki, imtahanlarda çətin sualları olması normaldır:

"Məlum olduğu kimi, iyun ayının 10-dan etibarən Dövlət İmtahan Mərkəzi müxtəlif şəhər və rayonlarda buraxılış imtahanları keçirir. Bu imtahanlardakı test tapşırıqlarının asan və ya çətinliyi ilə əlaqədar bildiririk ki, Mərkəz tərəfindən eyni təhsil səviyyəsi üzrə müxtəlif günlərdə keçirilən imtahanlarda istifadə edilən suallar vahid texniki tapşırıq əsasında DİM-in müvafiq fənn üzrə test bankından kompüter proqramı vasitəsilə seçilir və sual kitabçaları da məhz bu tapşırıqlar əsasında formalaşdırılır.

Hər bir imtahanda olduğu kimi, buraxılış imtahanlarında da müxtəlif hazırlıq səviyyəsinə malik şagirdləri bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir.

Buraxılış imtahanları layihələndirilərkən sual kitabçalarına daxil edilən tapşırıqların bölmələr üzrə, eləcə də mürəkkəblik dərəcəsinə görə bölgüsü, fənlər üzrə test blokunun strukturu (qapalı, kodlaşdırma tələb edən və yazılı cavab tələb edən tapşırıqların sayı) bu imtahanın bütün istiqamətləri üzrə eyni olur. Hər hansı istiqamət üzrə keçirilən imtahanda yenidən formalaşdırılmır və bu formatın dəyişdirilməsi də nəzərdə tutulmur.
İndiyə qədər keçirilən imtahanlarda bütün fənlər üzrə istifadə edilən tapşırıqların mürəkkəblik dərəcəsinə görə bölgüsü bir daha nəzərdən keçirildikdən sonra vahid yanaşmaya bütün imtahanlarda riayət olunduğu müşahidə edilmişdir".

Qurumdan verilən məlumata görə, imtahanlar tam şəffaf və obyektiv keçirilib:

"Ümumiyyətlə, imtahanların nəticələrinin elmi-statistik təhlili ilə tanış olmadan, onun məzmunu, çətinliyi, asanlığı və digər məsələlər haqqında 1, 5, 10 imtahan iştirakçısının və ya iştirakçının müəlliminə dediklərinə əsaslanaraq fikir yürütmək doğru deyil. Bu imtahanlarda on minlərlə şagird iştirak edir və biz ümumi mənzərəni yalnız bütün iştirakçıların nəticələrini təhlil etdikdən sonra görə bilərik. Bu təhlillər imtahanlar başa çatdıqdan sonra Mərkəz tərəfindən həmişə aparılır və “Abituriyent” jurnalında dərc olunur. Bundan əlavə, hər bir məktəbin məzunlarının nəticələri ayrıca olaraq kitabça şəklində çap olunur və müvafiq məktəblərə göndərilir. Elektron qaydada isə "mekteb.edu.az" saytına yerləşdirilir.

İmtahanların məzmununa gəldikdə isə bildirmək istəyirik ki, Mərkəzin keçirildiyi imtahanların nəticələri açıqlanarkən vətəndaşların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılır. Burada DİM-ə daxil olan bütün müraciətlər araşdırılır. Yekun qərarlar isə rəsmi olaraq DİM-in saytı vasitəsilə elan olunur.

Yeri gəlmişkən, 10-11 iyun 2020-ci il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı artıq elan edilib. Nəticələrlə tanış olduqdan sonra hər bir məsələyə necə həssaslıqla yanaşıldığını görə bilərsiniz".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu