9 yaşlı uşaq yuxuda koronavirusdan öldü

Amerikada koronavirusa yoluxan 9 yaşlı məktəbli qızın həyatını xilas etmək mümkün olmayıb.
"Sherg.az" medicina.az-a istinadən bildirir ki, iddiaya görə, uşağın hərarəti qalxanda valideynləri onu xəstəxanaya aparıblar. Lakin həkimlər yoxlamadan sonra onun adi respirator infeksiyadan - soyuqlamadan əziyyət çəkdiyini bildirib evə göndəriblər.
Bir neçə gün sonra uşağın vəziyyəti nisbətən düzəlib, o dostları ilə gəzintiyə də çıxıb. Lakin evə qayıdandan sonra çox yorğun olduğunu deyib və yatıb. Məktəbli bir daha yuxudan oyana bilməyib.
Ölümündən sonra götürülən testlər onun COVİD-19-a yaxalandığını müəyyən ediblər.
Xatırladaq ki, ötən gün koronavirusun daha bir gizli əlamətinin ola biləcəyi açıqlanmışdı. Bu kəskin yorğunluq idi. Avstraliyada yorğunluqdan əziyyət çıxıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu