Dünyada koronavirusa yoluxma hallarında rekord artım qeydə alındı

Ümumdünya Səhiyyə Təşkilatı dünyada sutka ərzində koronavirusa yoluxma hallarının sayında rekord artımın qeydə alındığını bildirib.
Gazeta.ru-nun quruma istinadən verdiyi məlumata görə, ötən 24 saat ərzində 292 mindən artıq yoluxma halı müəyyən olunub.
Pandemiyanın əvvəlindən indiyədək yoluxmaların ümumi sayı 17 milyondan artıq olub.
Dünyada koronavirusdan ötən sutka ərzində 6 812, ümumilikdə isə 668 910 nəfər ölüb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu