Bakıda yeznəsini bıçaqlayan şəxs tutulub


Bakıda bıçaqlanma hadisəsi olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Belə ki, iyulun 31-də, saat 21 radələrində rayonun Mingəçevir küçəsi, ev 20/7 ünvanının qarşısında 1987-ci il təvəllüdlü Məlikov Seymur Məmmədhüseyn oğlu yeznəsi Hüseynov Elmir Mayıl oğlunu aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zəminində bıçaqla vuraraq onun  qarın nahiyəsinə qara ciyərin sol payının kəsilmiş deşilmiş yarası xəsarəti yetirib. E.Hüseynov aldığı xəsarətlə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.   

Avqustun 1-də fakta görə Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. 

Seymur Məlikov şübhəli şəxs qismində tutulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu