Fransada sürücü avtomobili insanların üstünə sürüb, 13 nəfər yaralanıb


Fransanın şərqindəki Venzel kommunasında sürücü avtomobili barın qarşısındakı izdihamın üzərinə sürüb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, nəticədə 13 nəfər xəsarət alıb.

Hadisə gecəyarısı baş verib. Bara gələnlər arasında konflikt yarandıqdan sonra bir nəfər avtomobili barın qabağında olan insanların üstünə sürüb.


Polis sərxoş vəziyyətdə olan sürücünü saxlayıb.

Konfliktin səbəbi məlum deyil.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu