Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi xeyriyyə aksiyası keçirib - FOTO

31 iyul 2020-ci il tarixində Azərbaycan və Özbək xalqlarının dini bayramı olan Qurban bayramı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən geniş qeyd olunub. 
"Sherg.az" xəbər verir ki, dünya müsəlmanlarının əziz bayramı olan Qurban bayramı vəhdət, həmrəylik, insanlara yaxşılıq, ədalət, mərhəmət və məhəbbətin yüksək mənəvi idealarına sadiqliyin rəmzidir.

Bayram münasibətilə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin qurbanlar kəsilmiş, Mərkəz tərəfindən himayəyə götürülən kimsəsiz azərbaycanlı uşaqların da yaşadıqları və təhsil aldığı Daşkənd şəhər 30 nömrəli internat evinə bayram sovqatı göndərib. 



Qeyd edək ki, bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənd şəhərində yaşayan sosial vəziyyəti zəif olan, aztəminatlı azərbaycanlı, özbək ailələrə də bayram sovqatı paylanmışdır.  

Yerli azərbaycanlılar bu xeyriyyə aksiyasını yüksək qiymətləndirmiş, soydaşlarımıza göstərilən dəstək və diqqətə görə Azərbaycan dövlətinə və ölkə Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu