İndi bizim cəmi bir çıxış yolumuz var - vaksinin tapılmasını gözləmək


 Bu günlərdə dövlət başçısı İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub. O, nitqində koronavirusla bağlı ölkədəki vəziyyət barədə danışıb. Bildirilib ki, heç kim koronavirusdan sığortalanmayıb. Yaşından asılı olmayaraq, hər kəs risk altındadır. Odur ki, peyvənd tapılanadək biz bu vəziyyətlə barışmalı, virusla yaşamalı olacağıq. Eyni zamanda,  tibbi maska taxmağı, sosial məsafəni gözləməyi gündəlik həyat tərzimizin tərkib hissəsinə çevirməliyik. 

 Bu barədə "Sherg.az"a danışan həkim Fəxranə Hüseynzadə koronavirus əleyhinə dəqiq müalicənin hələ ki, olmadığını deyib:

"Bu virusun dəqiq müalicəsi yoxdur. Ona görə də müxtəlif ölkələr fərqli protokollardan istifadə edirlər. Müalicə də həmin protokollara əsasən aparılır. Koronavirusun özünü hər şəxsdə bir cür göstərməsi bunun sırf immunitetlə bağlı olduğunun göstəricisidir. İndi bizim cəmi bir çıxış yolumuz var- vaksinin tapılmasını gözləmək. O zamana kimi səbrli olmalı, qaydalara riayət etməliyik. Peyvəndin tapılması istiqamətində ciddi araşdırmalar gedir. Bəlkə də, artıq tapılıb və sınaq müddətindədir. Bütün dünyanı sevindirəcək xəbəri ən qısa zamanda eşidəcəyimizə ümid edək".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu