Azərbaycanda vaxtında görülmüş ən böyük iş modul tipli xəstəxanaların tikintisidir


Prezident İlham Əliyev Şəkidə modul tipli xəstəxanada yaradılan şəraitlə tanış olub. Ölkə başçısı bir sıra mühüm məqamlara toxunub.

Prezident koronavirusla mübarizədə vacib olan məsələləri qeyd edib. O, bildirib ki, Azərbaycanda koronavirusla mübarizə sahəsində görülən işlər, yeni xəstəxanaların yaradılması, xəstələrin müalicəsi üçün zəruri tədbirlərin həyata keçirilməsi vacibdir:

“İqtisadiyyatımızın tənəzzülə uğramasına baxmayaraq heç bir sosial layihə ixtisar edilmir və edilməyəcək. Əksinə sosial tədbirləri daha da gücləndirilir. Görülmüş işlərin nəticəsində ilk günlərdən xəstəlik nəzarət altında saxlanıldı. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ölkəmizdə görülən işlərə çox yüksək qiymət verildi. Pandemiyadan az itkilərlə çıxmaq üçün vacib olan üç şərt: məsafə saxlamaq, şəxsi gigiyenaya riayət etmək və məsuliyyətli olmaq lazımdır”.

Prezidentin Şəkiyə səfərini “Sherg.az”a dəyərləndirən millət vəkili Vüqar İskəndərov bildirib ki, ölkə başçısı Şəkidə həm yol infrastrukturunun, həm də koronavirus xəstələri üçün modul tipli xəstəxananın açılışında iştirak etdi.

Parlament üzvü, Prezidentin Şəkidə 10-cu dəfə səfərdə olduğunu xatırladıb:

“Ölkə başçısı dedi ki, Şəkiyə səfərləri çərçivəsində onlarla obyektin açlışında, təməlqoyma mərasimində və sair tədbirlərdə iştirak edib. Cənab Prezidentin açılışını etdiyi obyektlər bu gün Şəki əhalisinə layiqincə xidmət edir”.

Millət vəkili bildirib ki, Prezident çıxışında Azərbaycanın koronavirus pandemiyasına qarşı uğurlu mübarizəsindən danışıb:

“Azərbaycan koronavirus pandemiyasına qarşı uğurlu mübarizə aparan öncül ölkələrdən biridir. Dünya tibbi pandemiyaya hazır deyildi. Biz inkişaf etmiş ölkələrdə koronavirusla bağlı hansı proseslərin getdiyinin şahidi olduq. Həmin ölkələrdə koronavirus xəstələrinin sayının necə artmasını və ölüm hallarının çox olduğunu gördük. Azərbaycanda isə vaxtında preventiv işlər görüldüyü üçün ağır fəsadlardan kənarda qaldıq”.

Parlamentarinin sözlərinə görə, Azərbaycanda koronavirusla mübarizə çərçivəsində vaxtında görülmüş işlərdən ən böyüyü qısa müddət ərzində modul tipli xəstəxanaların tikintisidir:

“Cənab Prezident Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxananın istifadəyə verilməsi mərasimində deyib ki, qısa müddət ərzində 10 xəstəxana qurulmalı idi. Artıq doqquzu hazır vəziyyətdədir. Onuncu xəstəxana isə yəqin ki, bu aydan istifadəyə veriləcək. Beləliklə, bu proqram tam icra edilir. Bu günə qədər beş xəstəxana açılıb və 10 xəstəxananın fəaliyyəti nəticəsində bizim əlavə iki min çarpayılıq xəstəxanalarımız olacaq”.

Parlament üzvü xatırladıb ki, Prezident pandemiya ilə mübarizə sahəsində ölkəmizdə tibbi maskaların, dezinfeksiya vasitələrinin, həkimlər üçün kombinezonların istehsalına başlandığını da deyib:

“Bu bir çox ölkələrlə müqayisədə daha effektiv addım atmağımıza bariz nümunədir. Əbəs yerə deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı koronavirusla mübarizədə nümunəvi ölkə kimi qiymətləndirib. Prezident səfəri çərçivəsində Şəki ilə bağlı gələcəyə istiqamətlənmiş dəyərli və vacib 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu