Kəsilməyə aparılan qurbanlıq avtomobilin üstünə çıxdı


Türkiyənin Samsun şəhərinin Güzeldere qəsəbəsində qurulan qurbanlıq heyvanlar bazarında, kəsilmək yerinə aparılan  təxminən 800 kilo ağırlığında heyvan, gözü açılarkən ürküb, özünü sağa - sola ataraq sahibinin əlindən xilas olub.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, baryerləri aşan qurbanlıq, park halında olan 55 BAS 95 seiyalı avtomobilin üstünə çıxıb. Maşının ön, kapot və tavan hissəsinə ziyan dəyib. Daha sonra yerə enən heyvan çətinliklə sakitləşdirilib.