"Azərbaycan dövləti bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq" Millət vəkili

Nikol Paşinyanın Ermənistanın diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir.

İyulun ortalarında Ermənistanın növbəti təxribatı nəticəsində münaqişənin yenidən alovlanması və bunun nəticəsi olaraq Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığı Ermənistanı və erməni lobbisini çətin sınaq qarşısında qoydu. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qaldı.
Haqq-ədalətin təmin olunmasını, insan   hüquqların müdafiəsini tələb edən soydaşlarımız erməni vəhşiliyinin   şahidi oldular. Bunu bütün dünya ictimaiyyəti də gördü. Hazırda Ermənistan ictimaiyyəti Azərbaycan diasporlarının ortaya qoyduğu birlik, həmrəylik və cəsarət performansından şokdadır. Elə Paşinyanın özü də dilxor vəziyyətdədir. Onlar Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləmirdilər. Lakin iki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar. Azərbaycanlılar isə milli kimlik şüuru ilə mübarizəyə qalxdılar. 
Bu isə nə Ermənistandakı erməniləri, nədəki Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bu günlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı biraz səngitmək üçün Diaspor Komitəsinin şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi. Məhz bu uğursuzluq Paşinyanı əməli addımıar atmağa və diasporla iş üzrə komissarın ofisində təmizlənmə aparmağa məcbur etdi.

Millət vəkili Anar Məmmədov "Sherg.az"a bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin əsas prioritet hədəfidir.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev daim qətiyyətlə bildirir ki, Ermənistan münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təcavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarının azad etmək üçün istənilən an hərbi əməliyyatlara başlaya bilər:
"Bu gün Azərbaycan dövləti bütün imkanlarını səfərbər edib. Bundan sonra da Ermənistanı təcrid vəziyyətində saxlayacaq. 
İndi Ermənistan elə vəziyyətdədir ki, özünü itirib, səhv addımlar atır. Mənfur düşmən işğalçılıq siyasətini davam etdirir, ərazilərimizi zəbt etmək, mövqelərimizi ələ keçirmək istəyir. Son 20 gündə Ermənistanın müttəfiq saydıqları bütün ölkələr ya Azərbaycanı dəstəklədilər, ya da neytral qaldılar. Gördülər ki, Azərbaycanın beynəlxalq dəstəyi nə qədər güclüdür".

Parlament üzvü vurğulayıb ki, erməni xalqı nəhayət başa düşməlidir:

"Onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. 
Son günlərdə Ermənistan baş nazirinin ölkəmizə qarşı irəli sürdüyü yeddi şərtə nəzər salsaq görərik ki, bu şərtlərin heç biri qəbuledilən deyil. Azərbaycan heç kimin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar apara bilməz. Erməni xalqı başa düşməlidir ki, onu idarə edən siyasi rejimlər həmişə Qarabağ “kart”ından istifadə etməklə bütün erməniləri aldadır. Eyni zamanda da erməni xalqının taleyini Qarabağ problemindən asılı vəziyyətdə saxlayırlar. Erməni xalqı bundan sonra da acınacaqlı yaşayış tərzinin davam etməsini və erməni gənclərinin Qarabağda ölməsini istəmirsə, müharibə canilərinin, siyasi quldurların və Sorosun nökərlərinin Ermənistanı idarə etməsinə son qoymalıdır. 
Ermənistanın baş naziri Nikol Paşinyanın "Dağlıq Qarabağ Ermənistandır" deməsi artıq danışıqlar prosesini məhv etdiyini sübut edir. Ölkə başçısının da qeyd etdiyi kimi, danışıqların əsas mahiyyəti ondan ibarətdir ki, işğal edilmiş torpaqlar azad olunsun. Azərbaycan Ermənistanın 7 şərtinin qarşısına yalnız bir şərt qoyur: Ermənistan silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır". 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu