Prezidentin köməkçisi: “Həmin kütləvi toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi"


“Qarabağ məsələsində həmrəyliyi bütün dünya dövlətləri gördü”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ancaq burada kütləvi toplaşma hallarına da yol verildi: “Epidemioloqlar tərəfindən də qeyd edilir ki, həmin toplaşmalar olmasaydı, bugünkü rəqəmlər daha aşağı ola bilərdi. Gələcəkdə vətəndaşlarımız kütləvi xarakter daşıyan tədbirlərdən çəkinməlidir. Yas mərasimləri də bu qəbildəndir. Bu kimi tədbirlər vətəndaşların daha çox bir araya gəldiyi tədbirlər sırasındadır. Buna yol vermək olmaz”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu