“Twitter”i 150-250 milyon dollarlıq cərimə gözləyir

“Twitter” şirkəti ABŞ Federal Ticarət Komissiyasına 150-250 milyon dollar məbləğində cərimə ödəyə bilər.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Buna şirkətin istifadəçilərin şəxsi məlumatlarından məqsədyönlü reklamlar üçün istifadə etməsi səbəb ola bilər.
Nəşr qeyd edir ki, “Twitter” 2013-cü ildən 2019-cu ilə qədər müddətdə reklam məqsədilə istifadəçilərin telefon nömrələri və elektron poçt ünvanlarından istifadə edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu