“Fəttah Heydərov Gürcüstan azərbaycanlılarının da problemlərini diqqətdə saxlayırdı…”

“Hörmətli ağsaqqal millət vəkilimiz Fəttah Heydərovun vəfatı məni dərindən üzdü. Fəttah müəllim Azərbaycanın ictimai siyasi həyatında önəmli rol oynamış dəyərli şəxsiyyətlərimizdəndir”. 
“Sherg.az” xəbər verir ki, bunu Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib. 
Fəttah Heydərovu yaxından tanıdığını bildirən A.Süleymanov onunla bağlı xatirələrinin olduğunu deyib: 

“Fəttah müəllim təkcə öz seçicilərinin problemi ilə məşğul olmurdu. O, eyni zamanda Gürcüstan azərbaycanlılarının da problemlərini diqqətdə saxlayır, daim bizimlə maraqlanır və öz tövsiyələrini verirdi. Biz təkcə önəmli dövlət xadimini deyil, eyni zamanda dəyərli br ağsaqqalımızı itirdik. Bir daha Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu