Dünya gördü: “Erməni lobbisinin terrorçu siması ifşa olundu”

“Erməni lobbisi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qalıb" 


"Son vaxtlar Azərbaycan diaspor təşkilatlarının  mütəşəkkil fəallığı Ermənistanı və erməni lobbisini ciddi sınaq qarşısında qoyub. Tarixdə ilk dəfə erməni lobbisi Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti qarşısında aciz qalıb". 
Bu sözləri "Sherg.az"a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib. 
 Politoloq təcavüzə məruz qalaraq öz doğma yurdlarından məcburən köçkün düşmüş azərbaycanlıların kobudcasına pozulmuş hüquqlarının müdafiəsini tələb edən soydaşlarımızın növbəti dəfə erməni vəhşiliyinin şahidi olduğunu deyib. Onun sözlərinə görə, baş vermiş hadisələr, azərbaycanlıların birgə fəallığı erməni lobbisinin vəhşi və terrorçu simasını bir daha ifşa etdi və bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verdi: 

"Bu hadisələrdən sonra siyasi, sosial-iqtisadi, demoqrafik böhranın içərisində çabalayan və iki stulda oturmaq taktikasını seçən, tarixdən və beynəlxalq hüquqdan tam xəbərsiz Ermənistanın baş nazirinin diasporla iş üzrə komissarının ofisində təmizləmə əməliyyatı aparması, rəhbər vəzifəli şəxslər də daxil olmaqla 13 nəfəri işdən kənarlaşdırması erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığını aydın göstərir. Faktiki olaraq erməni lobbisi xarici ölkələrdə xüsusi fəallıq nümayiş etdirib Ermənistanın təxribatçı siyasətini ifşa edən Azərbaycan diaspor təşkilatları və icmaları qarşısında acizlik, səriştəsizlik və passivlik göstəriblər. 

Bu isə "lobbi”çilik adı ilə uzun illər anti-Azərbaycan və anti-türk "fəaliyyət”ləri ilə terroru əsas prinsip kimi qəbul edən xaricdəki erməni icmaları və terror qruplarının imicinə ciddi zərbədir.  Əvvəllər heç vaxt belə hallarla qarşılaşmamış "güclü erməni lobbisi” bu dəfə "məzlum ermənilər” adı ilə manipulyasiya edərək dünyanı aldadıb istəklərinə nail ola bilmədilər".

E.Əhmədovun  qənaətincvə,  Azərbaycanı müdafiə məqsədilə diaspor təşkilatlarımız və icmalarımızın dünyanın müxtəlif ölkələrində tədbirlərinin əlaqələndirilmiş şəkildə keçirilməsi Diasporla İş üzrə Dövlət Komitəsinin gördüyü fəaliyyətin nəticəsi kimi də qiymətləndirilməlidir: 

"Bildiyiniz kimi xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesində Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri, dövlət siyasətinin prinsipləri, Azərbaycanın milli maraqları rəhbər tutulub. Mövcud siyasi reallıqlar, eyni zamanda, təsis edilən icmaların fəaliyyət perspektivlərini nəzərə almaqla Diasporla İş üzrə Dövlət Komitəsi daha geniş fəaliyyət göstərir. Komitənin son 2 ildə gördüyü fəaliyyətin təşkilatlandırma, təbliğat və maarifçilik meyarlarına söykənən ümumi strategiyası dünya azərbaycanlılarının yeni platformalarda birləşdirməsi istiqamətində Azərbaycan dövlətinin apardığı böyük işlərə mühüm töhfədir".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Şəymən Bayramova Yazarın yazıları
menu
menu