Tarixçi: “Ermənistanın terror siyasətini yönləndirən kilsədir”

“Bunu üçün də diaspor və erməni milyonçuları hamısı kilsəyə pul ödəyir”

“Kilsənin 56 ölkədə mərkəzi olmasının isə 2 səbəbi var: Diasporun gücü və yalançı təbliğatların aparılması”


Dünyanın 56 ölkəsində Erməni Katolik Kilsəsinin mərkəzi var. Ermənilərin böyük əksəriyyəti özlərinəməxsus qriqoryan inancına sahibdilər. Çox az hissəsi isə katolik inancının daşıyıcılarıdır. 

Mövcud faktla əlaqədar “Sherg.az”a danışan tarixçi-alim Elmar Həsənli bildirib ki, erməni kilsəsi böyük qüvvədi. Hətta diaspor belə onlara dəstək göstərir:

“Dövlətin terror siyasətini yönləndirən və böyük Ermənistan ideyasının əsas memarıdı. Bunu üçün də diaspor və erməni milyonçuları hamısı kilsəyə pul ödəyir. Sovet dövründə sadə süpürgəçidən tutmuş, milyonçular, alimlər ümümdünya erməni kilsə fonduna pul ödəyiblər. Kilsənin 56 ölkədə mərkəzi olmasının isə 2 səbəbi var: Diasporun gücü və yalançı təbliğatların aparılması”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu