Ermənistanda koronavirusa yoluxanların sayı açıqlandı: Orduda isə...

Ermənistanda yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 39 050 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, ötən sutka ərzində daha 196 nəfər koronavirusa yoluxub.
Ermənistanda son sutka ərzində koronavirusa yoluxan altı nəfər ölüb, bununla da COVID-19-dan ölənlərin sayı 768 nəfərə çatıb.
Hazırda Ermənistanda 7 930 aktiv koronavirus xəstəsi var.
Qeyd edək ki, Ermənistanda hərbi çağırışın başlamasından, yəni iyulun 1-dən bəri təxminən 30 hərbi çağırışçıya da yeni növ koronavirus diaqnozu qoyulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu