Çinli həkimlərin Azərbaycana gətirilməsinə ETİRAZ: “...Nə məqsəd güdülür?! ”

“Bizim təkliflərimiz nəzərə alınmır. Bu qədər xəstəni kim sağaldıb?!”

“Koronavirusla mübarizədə 30 həkimimiz dünyasını dəyişib. Çinlilərin bura gəlməsi onların ruhuna sayğısızlıqlıqdır”


Yeni növ koronavirus xəstəliyi ilə mübarizə üçün Çinin 10 nəfərlik tibbi eksperti Bakıya gəlib.
Bu barədə avqustun 3-də Çin və Azərbaycan hökumətləri arasında pandemiya ilə mübarizə məqsədilə tibbi ekspert qrupunun Azərbaycana göndərilməsi barədə nota mübadiləsinin imzalanma mərasimi keçirilib.

Onlar özləri ilə birgə bəzi tibbi cihaz və avadanlıqlar da gətiriblər. Avqustun 5-dən etibarən 15 gün müddətində həkimlərimizlə bərabər çalışmağa başlayacaqlar. 



Bu barədə “Sherg.az”a danışan Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybulla birgə əməkdaşlığı lazımsız hesab edir: 

“Mən bunu ciddi qəbul etmirəm. Öz həkimlərimizin lazımi səviyyədə bacarığı, səriştəsi var axı. Amma bizim təkliflərimiz, dediklərimiz nəzərə alınmır. Bu qədər xəstəni kim sağaldıb?! Koronavirusla mübarizədə 30 həkimimiz dünyasını dəyişib. Çinlilərin bura gəlməsi onların ruhuna sayğısızlıqlıqdır. Maraqlıdır, virusun ilk yayıldığı yerdən həkimlərin vətənimizə gətirilməsində nə məqsəd güdülür?! Bilmirəm. Bildiyim odur ki, səhiyyəsi kifayət qədər inkişaf edən ABŞ-da koronavirus tüğyan edir.
İndi amerikalı həkim gəlib Azərbaycanda nə edə bilər axı?!”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu