“Çimərliklərdə vitamin qəbulu daha effektivdir”- AÇIQLAMA

“Amma bu məkanda vətəndaşlara nəzarət və sosial məsafənin qorunmasına ciddi fikir verilməlidir” 

“Ciddi nəzarət olarsa, problem aranmaz”

Sabahdan etibarən ölkəmizdə çimərliklər açılır. Bu, pandemiyanın bütün dünyada tüğyan etdiyi bir dönəmdə yaxşı haldır. Uzun müddətdir, sosial şəbəkələrdə çimərlik mövsümünün olması, dənizə getməyin vacibliyi barədə fikirlər səsləndirilir. Bildirilir ki, payızda xəstəliyin yeni və daha güclü dalğası gələcək.

İnsanlar D vitamini almalıdırlar ki, immun sistemləri qaydasında olsun, virusa müqavimət göstərə bilsinlər. Məhz buna görə də Operativ Qərargah çox ciddi işlər apardı, çimərlikləri qaydaya saldı, insanların rahat istifadəsi üçün şərait yaratdı. İndi açıq havada istirahət etməyimiz üçün tam təhlükəsiz şərait təmin edilib. “Cimerlik.az” saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. Lazım olan sadəcə gigiyenaya əməl etmək və sosial məsafəni gözləməkdir. 



Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, çimərliklərdən istifadə üçün müvafiq prosedur qaydalar tətbiq olunacaq. Konkret çimrəliklər təyin ediləcək. Həkimin sözlərinə görə, çimərliklərin açılması xəstəliyin müalicəsi baxımından əhəmiyyətlidir:

“Operativ Qərargah insanların çimərliyə buraxılması üçün say məhdudiyyəti tətbiq edəcək. Belə də olmalıdır. Çünki sıxlıq yaransa, çimərliklər insanlarla yüklənsə, təhlükəli durum yarana bilər. Virusun yayılması kütləvi toplanma yerlərində daha aktiv olur. Ona görə də insanların çimərliyə buraxılışı üçün say məhdudiyyəti qoyulmalıdır”. 

Ş.Məmmədov qeyd edib ki, çimərliklərdə vətəndaşlara nəzarət və sosial məsafənin qorunmasına ciddi fikir verilməlidir: 

“Tibbi baxımdan koronavirus xəstəliyinin profilaktikasında və müalicəsində mübarizə üsullarından biri də D vitaminidir. Həkimlər xəstələrə çoxlu D vitamini məsləhət görür.

Hazırda insanların böyük əksəriyyətində D vitamini çatışmazlığı yaranıb. İnsanlar evdə qalmağa məcbur olduqca, onlarda vitamin çatışmazlığı yaranır.

Nəticədə xəstələrə süni dərman prepararatları ilə D vitamini təyin edilir. Amma konkret günəş şüaları vasitəsilə D vitamininin qəbulu daha əlverişli və effektivdir. Ona görə də yumşaldılma qərarının yerində olduğunu düşünürəm.

Çünki çimərliklərin açılması müalicəvi baxımdan əhəmiyyətlidir. Lakin bu prosesə xüsusi edilməlidir. Ciddi nəzarət olarsa, problem yaranmaz”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu