Hesablama Palatasının büdcə ilə bağlı rəyi parlamentdə

“Hesablama Palatası “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişikliyi nəzərdə tutan layihəyə rəy verib”.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.
Deputat Hesablama Palatasının rəyinin artıq Milli Məclisə daxil olduğunu deyib.
Qeyd edək ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsi dəyişdirilir. Büdcədə gəlirlərin azaldılması, xərclərin isə artırılması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan neftinin bir barelinin qiymətinin 55 dollardan 35 dollara endirilməsi təklif edilir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu