Azərbaycan-Türkiyə konfederasiyası yaradıla bilərmi? – “Ehtiyac olacağı təqdirdə…”

“…Məsələni yenidən müzakirəyə çıxaracayıq”

“Qardaş ölkələr arasında münasibətlər nə qədər yaxşı olsa, proseslər bir o qədər müsbətə doğru inkişaf edər”


Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu “Reaksiya TV”yə verdiyi müsahibədə maraqlı təkliflə çıxış edib. O, Azərbaycan-Türkiyə Xarici İşlər və Müdafiə Nazirliklərinin, eləcə də digər strateji əhəmiyyətli qurumları konfederasiya şəklində, birgə fəaliyyət göstərməsinin daha yaxşı nəticə verəcəyini deyib.

Təklifi “Sherg.az”a qiymətləndirən millət vəkili, AŞPA-nın Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov iki dövlət arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu deyib:

“Milli Məclisin qəbul etdiyi son qanunlara baxsanız, görərsiniz ki, həmin sənədlərdə iki dövlət arasında təkcə iqtisadi, humanitar yox, həm də hərbi əməkdaşlıq nəzərdə tutulub.

Birgə  təlimlərin keçirilməsi də bunun ən bariz nümunəsidir. Əlbəttə, əlavə tədbirlərə ehtiyac olacağı təqdirdə biz məsələni yenidən müzakirəyə çıxaracayıq.

Qardaş ölkələr arasında münasibətlər nə qədər yaxşı olsa, proseslər bir o qədər müsbətə doğru inkişaf edər. Bu, təkcə regiondakı təhlükəsizliyi təmin etmək deyil, həm də dünyaya mesajdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu