Bakıda kişi özünü yandırıb intihar etdi

Bakıda intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Kərimov Məcid Asəl oğlu yaşadığı evin həyətində üzərinə benzin tökərək özünü yandırıb. Təcilli xəstəxanaya yerləşdirilən yaralını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu