"Son 5-6 aydır dolanışığım instaqramdandır"

Afət Fərmanqızı: "Paltar elə də vacib deyil. Amma yemək-içmək məsələsi var, xaricdə uşaq oxuduram"

Şou-biznesin ən qalmaqallı simalarından olan, müğənni Afət Fərmanqızı istər açıqlamaları, istərsə də oxuduğu mahnılarla zaman-zaman gündəmə gəlir. Onun hər sözü, hər hərəkəti müzakirə mövzusuna çevrilir. Son günlərdə isə  onun instaqram səhifəsində paylaşımları izləyiciləri tərəfindən birmənalı qarşılanmır. Bəyənərək rəy yazanlarla yanaşı, irad bildirənlər də olur.

"Sherg.az" da müğənninin şərhlərə münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb. Afət xanım əvvəllər şou-biznesin qanunlarını bilmədiyini, çox aqressiyalı olduğunu söyləyib:

“Deyirdim bunlar niyə belə yazır?  Sonra gördüm ki,   məndən də öncəki illərin  sənətkarlarını da tənqid edirlər. Özü də sevdiklərinə daha çox irad bildirirlər. Həm də izləyirlər. Mənim də  səhifəm açıqdı, follov atmadan da izlənilə bilirəm.  O ki qaldı tez-tez sorğu kerçirtməyimin səbəbi var.  Səhifəm şikayət  olunmuşdu. Desəydim ki, əziz izləyicilər spamdayan hamı  rəy yazsın,  düşmən  sevinəcəkdi.  Ona görə  spamdan çıxmaq üçün bu metoda əl atdım. Məsələ bir saata həll oldu, izləyicim  artmağa davam etdi.

Son beş-altı aydır dolanışığım instaqramdandır, reklamlar, ordan gələn qonorar və sair var. Ona görə çalışdım ki, spamdan çıxım. Reklamdan götürdüyüm müəyyən əşyaları  paylaşmalı idim. İndi hamı sorğulara görə yazır.

Biri deyir ki, eşqə düşmüsən?  Belə suallar gəlir (gülür). İstər siyasi adamlara, istərsə də şou-biznes əhlinə qarşı tənqid həmişə olacaq. Kim öndədirsə, arxadakılar  ona daş atır. Bu bizim qanımızda,  canımızdadır. Bilmirəm Avropada belə şey varmı?  Amma faktiki reallıqdır. Görünən kəndə nə bələdçi?

A.Fərmanqızı koronavirus infeksiyasının ona göstərdiyi maddi-mənəvi təsirlərdən də danışıb:

“Ümumiyyətlə özüm üçün yaşayan insan deyiləm.  Birinci ailə üzvlərim, sonra ətrafım, insanlar və   xalqımı düşünürəm... Hər zaman iki-üç il sonrasını fikirləşib, ehtiyatımı görürəm. Allah heç kimi çörəklə sınağa çəkməsin. Paltar elə də vacib deyil.  Amma  yemək-içmək məsələsi var, xaricdə uşaq oxuduram. Xırda  biznes qurmuşam, ordan qazanc gəlir. O da mənə bəs edir. Tək adamam, bir paket peçenye alsaq bir aya qurtarar. Gündəlik tələbatları  ödəməyim, yaşamağım  üçün çox pul lazım deyil.

  İndi də dietadayam, yeməyi  azaltmışam. Allah xalqımıza kömək olsun, insanlar üçün  çətindir.  8-10 nəfər  üzvü  olan ailələr var. Bilmirlər neyləsinlər? Beş  nəfər  deyil ki, birinə mən kömək edim, digərinə o biri. Yüzlərlə, minlərlə  ailə çətin  vəziyyətdədir.  Dünyada da belədir, elnən gələn  toy-bayramdır. Yəqin  Allah bizi sınayır ki, gözəl günlərin  qədrini bilək. Fikrimcə, Allahın qəzəbinə gəlmişik. Nə bilim? Çox danışdırmayın, mənim ürəyim doludur (gülür). Məsələn, Allah qadın və kişi yaradır. Amma qadın kişi, kişi  qadın olur. İqlimə təsir edirik, misal üçün, “Ozon” qatı yırtılmışdı.

Bu yaxınlarda oxudum (Çox mütaliə edən insanam- A.F), yazılıb ki, pandemiya dövründə  bərpa olunmağa  başlayıb. Karantin rejimində əvvəlki kimi zavodlar və sair işləmədiyi üçün bu problem aradan qalxır.  Allah-təala edir… Yer kürəsində milyardlarla insan yaşayır. İnsan çoxaldıqca  aclıq ola bilir. Ona görə bu bir seçmədir. Təbii və ya süni olduğunu  Allah bilir. Məncə, Allah nəzərdə tutub ki, kütləvi şəkildə insanlar  həlak olsun. Həm aclıq aradan qalxsın, həm də insanlara dərs olsun (içi mən qarışıq-A.F). Allahın qanunlarına qarşı getməsinlər. Məsələn, dinimizdə qadınların yaşmaq örtməyi var. 

Baxırsan nə müğənnidir, nə də şou-biznesdədir. Amma lüt şəkillərini paylaşır, hələ utanmır! Bu da Allahın qəzəbinə gedir. O qədər bilmədiyimiz məsələlər var ki. Sonra namazda, dində  dəstəmaz almaq var. Görürsüz, infeksiyadan qorunmaq üçün deyirlər ki, maska tax, əllərini yu.  Avtomatik Allahın qanunlarına tabe oluruq. Burda varlı-kasıb məsələsi yoxdur. Hamı bərabər hüquqludur”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu