Kievlə Bakının dərdi eynidir – İşğala məruz qalıblar !

“Ukrayna da ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşən bir dövlətdir”

“Ona görə də ordumuzun problemlərinə bələddirlər. Məsələlərin həllində birgə səy göstərilməlidir”


Xalqımızın Orduya dəstəyi və milli birliyi düşmən tərəfdə, eləcə də onları dəstəkləyən güclərdə təşviş yaradır. Şəhər və rayonlarımızda ordumuza dəstək məqsədilə keçirilən yürüşlərdə Azərbaycan vətəndaşlarının yaratdığı coşqu düşmən üçün ən böyük göz dağı oldu.

Bir çox dövlətlərin Azərbaycanın haqq səsini dəstəkləməsi də təcavüzkar və regional güclərə mesaj oldu.
Bu günlərdə Ukrayna ordusu da əsgərlərimizə dəstək ifadə edib. Bununla bağlı video material hazırlanıb. Videoda himnimiz səsləndirilib. 



Ukrayna kimi bir ölkənin Azərbaycana həmrəylik göstərməsinin təqdirəlayiq olduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a açıqlamasında bildirib ki, Ukrayna da ərazi bütövlüyü ilə bağlı problemlərlə üzləşən bir dövlətdir.

Analitik qeyd edib ki, ölkəmiz Ukraynanı çox gözəl başa düşür:

“Ukrayna ordusu ərazi bütövlüyünə dair işlər görür. Ona görə də Azərbaycan ordusunun problemlərinə bələddirlər. Məsələlərin həllində birgə səylərin göstərilməsi lazımdır. 

Ümumiyyətlə, Ukraynanı dəstəkləyən ölkələr çoxdur. Xüsusilə Qərb ölkələri Ukraynaya dəstəyini göstərir. Bu da Qərb ölkələrinin problemlərimizə diqqət yönəltməsinə imkan verir. Eyni zamanda Ukrayna-Azərbaycan problemlərini eyniləşdirməyə imkan yaradır. Bu yaxınlarda müzakirə olunan bir qanun layihəsi var.

Orada Ukrayna, Azərbaycan, Moldova və Gürcüstanın problemlərinin bir yerə toplanması var. Belə problemlərə yanaşma ümumi olsa, məsələnin həllində irəliləyişlər ola bilər”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu