YAP-çı deputatdan təklif: "190 manat daha çox insana verilsin"    

“190 manatla bağlı yeni təkliflər göndərilə bilər. Ola bilər bu ödəniş 600 min deyil, 800 min, 1 milyon insana verilsin”.
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.
Parlament üzvü bildirib ki, bu gün məcburi böhran vəziyyətinə düşmüş sahibkarların kateqoriyasının müəyyənləşdirməsi ilə bağlı təkliflər hazırlansa, yaxşı olar: 

“Üçüncüsü, artıq on minlərlə gənc ali məktəbə qəbul olma sevinci yaşayacaq. Bunların əksəriyyəti pullu təhsil alacaq. Ancaq bu gün insanlar iş yerlərini itiriblər. Təklif edirəm ki, Maliyyə və Təhsil nazirlikləri belə şəxslərə aşağı faizlə təhsil kreditlərinin verilməsi, ya hissə-hissə ödənilməsi və s. kimi təkliflər hazırlasın”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu