Balı varsa, bəlası da var ! – Arı zəhəri öldürür !

“İnsanlarda müəyyən qidalara olduğu kimi arı sancmasına qarşı da allergiya ola bilər. Belələri özlərini qorumalıdırlar”

“Xüsusilə, hamilələrdə arı sancması ciddi fəsadlarlə nəticələnə bilir: bir neçə dəqiqə ərzində bədən şişir, gözlər görünməz hala gəlir”



Göygöl sakini arı sancmasından ölüb. Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 32 yaşlı Aqil İsmayılov arı sancmasından dünyasını dəyişib. Deməli, ağzında bal daşıyan arının iynəsini də unutmaq olmazmış... Əks halda həyatımızdan ola bilərik. 


 
Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı “Sherg.az”a açıqlamasında deyib ki, arı sancmasının ölümlə nəticələnməsi müəyyən qrup insanlara aiddir: 

“Hələ qədim zamanlardan arı sancması ilə müalicə var. Yəni arılar düşmən deyil. Arı saxlayan adamlar var ki, onlara heç nə olmur. Deməli, məsələnin kökü orqanizmdədir. İnsanlarda müəyyən qidalara olduğu kimi arı sancmasına qarşı da allergiya ola bilər. Belələri özlərini qorumalıdırlar. Xüsusilə, hamilələr diqqətli olmalıdırlar. Çünki arı sancması onlarda ciddi fəsadlarlə nəticələnə bilir: bir neçə dəqiqə ərzində bədən şişir, gözlər görünməz hala gəlir”.

Ş.Namazlının sözlərinə görə, hər bir kəs öz orqanizminə və bədəninin səviyyəvi xüsusiyyətlərinə bələd olmalıdır: 

“İnsan nəyə qarşı allergiyasının olduğunu bilməlidir. Belədə özünü qoruyar, arı olan yerə getməz. İndi deyirlər ki, hər kəs mümkün qədər çox D vitamini qəbul etməlidir. Xeyir, belə deyil. Əgər orqanizmdə həmin element kifayət qədərdirsə, əlavəyə ehtiyac yoxdur. Bunu boş yerinə demədim. Arı zəhərinin tərkibində olan maddələr kimlərdə çoxdursa, o zaman arzuolunmaz nəticələr meydana çıxar. Düzdür, bu, həmişə belə olmur. Amma ehtimal var”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu