Üç azyaşlı alkoqoldan zəhərləndi

Rusiyanın Voronej bölgəsində 9-12 yaşlı üç uşaq alkoqoldan zəhərlənib, onlardan ikisinin vəziyyəti ağırdır.
Bu barədə TASS məlumat yayıb.
Hadisə avqustun 4-də baş verib. Uşaqlara təcili tibbi yardım göstərildikdən sonra onlar yerli xəstəxananın toksikologiya şöbəsinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma başladılıb. Araşdırma çərçivəsində valideynlərin davranışı, rayonun profilaktika sisteminin işi və uşaqlara alkoqolu kimin satması məsələləri aydınlaşdırılacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu