Türkiyə-Azərbaycan konfederasiyası REALDIRMI? - ŞƏRH 

“Amal vahid mərkəzdən koordinasiyadırsa, bizim əməkdaşlığımız ən yüksək səviyyədədir"

“Belə olan təqdirdə, dövlətlərin statusunun dəyişməsinə nə ehtiyac var ki?!”


Türkiyə ordusunun Azərbaycana gəlişindən sonra ekspertlər müxtəlif fikirlər səsləndirməyə başlayıblar. Onlardan ən diqqətçəkəni isə iki ölkə arasında konfederasiyanın yaradılması, Xarici İşlər Nazirliyinin, Müdafiə Nazirliyinin və strateji əhəmiyyətli digər qurumların vahid mərkəzdən idarə olunmasıdır. Bu məsələyə münasibət müxtəlifdir. 

 Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə “Sherg.az”a açıqlamasında tərəflər arasındakı hərtəfli əlaqədən danışıb: 

“Məqsəd nədir? Əgər amal, həqiqətən, vahid mərkəzdən koordinasiyadırsa, bizim əməkdaşlığımız ən yüksək səviyyədədir. Proses indi də davam etməkdədir. İki ölkənin səlahiyyətli şəxsləri müntəzəm olaraq görüşür, məsləhətləşirlər. Dəfələrlə birgə iclaslar keçirilib. Belə olan təqdirdə, dövlətlərin statusunun dəyişməsinə ehtiyac yoxdur".

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu