Elektron diş fırçaları ziyanlıdır? – Stomatoloqdan İZAH 

Elə bir vəziyyət yaranıb ki, texnika, az qala, ağzımızın içinə də girir. Əslində, həqiqətən, belədir. Elektron diş fırçaları ilə çoxları artıq tanışdır.  Digər məişət avadanlıqları ilə kimi onlar da enerji ilə işləyirlər. Daha maraqlısı isə ondan ibarətdir ki, qolumuzu tərpətməyə, demək olar, ehtiyac qalmır. Yaxşı, bəs bunun- texnika ilə aramızda sözün əsl mənasında məsafə saxlamamağımızın fəsadı varmı?



Stomatoloq Zəlimxan Məmmədli bu barədə “Sherg.az”a danışıb:

“Ziyanı olduğunu düşünmürəm. Ancaq şəxsən mən mexaniki üsulun tərəfdarıyam. Öz əlim, öz şüurum...Bu kimi fırçalar daha çox əlillərdən ötrü nəzərdə tutulub. Bir də elə adamlar var ki, onlar bahalığa aldanırlar. Hər halda oxşar yeniliklər sadəcə biznesdir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu