Beton piltə meydançada oynayan azyaşlının üzərinə düşdü

Həştərxanda 11 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub. 

REN TV xəbər verir ki, bununla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Hadisə şəhərin Lenin rayonunda baş verib. Azyaşlı meydançanın kənarında olan beton piltənin üzərinə çıxmağa çalışıb. 

Bu zaman piltə uşağın üzərinə aşıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu