Ermənistanda hərbçilər qəzaya düşdü: ölən var

Ermənistanda hərbi qulluqçular yol qəzasına düşüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, yol qəzası bu gün səhər Ermənistanın şimalında, Gümrü-Spitak yolunda qeydə alınıb.
Qəza nəticəsində, bir hərbi qulluqçu ölüb, üç hərbi qulluqçu isə xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hərbi qulluqçuların müqavilə əsasında xidmət etdiyi bildirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu