Ermənistanda koronavirusa yoluxanların sayı 40 minə çatır

Ermənistanda son sutkada daha 233 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 819 nəfərə çatıb.
Son sutka ərzində koronavirusa yoluxan 2 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 772 nəfər olub.
Ermənistanda xəstəlikdən sağalanların sayı 31 556 nəfərdir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu