"Müğənni cibinizə girmir, halal pulunu qazanır"

Nura Suri həmkarlarını tənqid edənləri dostluqdan çıxartmaqla hədələdi

Son zamanlar  tanınmış müğənni  Nura Suri  yazdığı statuslarla gündəmə gəlir. Onun sosial məsələlərə, ümumbəşəri problemlərə  münasibəti izləyiciləri tərəfindən maraqla  qarşılanır. Şou-biznesin intellektual nümayəndələrindən olan sənətçi növbəti statusunda isə müğənniləri tənqid edənlərə cavab verib. 

"Sherg.az "xəbər verir ki, N.Suri sözügedən paylaşımda bunları yazıb: “Kim ki, müğənnilərə “manıs” deyir, bütün problemlərdə müğənniləri müzakirə obyektinə çevirir (qorxaqlığından, çünki evdə arvadına, ərinə, işdə rəhbərinə və s. sözünü deyə bilmir), “xalqın puluyla”  kimi cümlələrdən istifadə edir, dostluğumu tərk etsin. Sizin kimi qorxaq, dayaz düşüncəli insanlarla heç virtual da dost olmaq istəmirəm. Müğənni  cibinizə girmir, halal pulunu qazanır. Müğənni millət vəkili, məmur deyil. Hər hansı bir problemə fikir bildirmək kimi məcburiyyəti yoxdur. 

İnsanlara peşəsinə görə qiymət verən dərrakəsizlərlə  dost ola bilmərəm. İstəmirəm.

İnsanın şəxsiyyətini onun nə peşəsi, nə irqi, nə də  milliyəti müəyyənləşdirir. Ömrü boyu həyatdakı uğursuzluqlarınızda başqalarını günahlandırmaqdan, paxıllıq və qeybət etməkdən vaz keçin. 
Çox aciz görünürsüz!”.

Paylaş

Bizi Facebookda izləyin
Samirə Ərəbova Yazarın yazıları
menu
menu