Müxalifət təcili toplanır ! - Qarabağ və birgə təlimlərdən danışılacaq! 

Bu gün Azərbaycan müxalifəti fövqəladə şəkildə toplanır. Ölkənin iri müxalifət partiyaları sədrlərinin Azərbaycan Demokrat Partiyasının qərargahında bir araya gəlməsi nədən xəbər verir? Birdən-birə, indiki kritik məqamda görüşün təşkilini zəruri edən nədir?

Bu barədə “Sherg.az”a danışan Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu əsas tezisləri açıqlayıb:

“Əlbəttə, Qarabağ məsələsini və bunun fonunda Azərbaycanla Türkiyənin birgə təlimlərini xüsusi müzakirə edəcəyik. Həmin mövzu təkcə  masa arxasındakı debatın istiqaməti deyil. Eyni zamanda habelə bizim dost və düşmənlərimizi düşündürən məsələdir. Yəni kifayət qədər taleyüklü nüanslar haqqında danışacağıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu