İranda koronavirusdan ölənlərin sayı 174 nəfər də artdı

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 174 nəfər vəfat edib.
APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 17 976 nəfərə çatıb.
İranda son sutka ərzində koronavirusa 2 634 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 320 117 nəfərə çatıb.
İndiyədək xəstəlikdən 277 463 nəfər sağalıb.
Hazırda virus daşıyıcısı olan 4 156 nəfərin vəziyyəti ağır və orta ağırdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu