Çörəyi ver çörəkçiyə, birini də üstəlik... - Əlavələrin fəsadı... 

Yazımıza çoxlarının eşitdiyi atalar sözü ilə başlayaq: “İstəyirsən bal-çörək, al əlinə bel-kürək”.  Başqalarını bilmirəm, amma biz o qədər işləyirik ki, balın ən keyfiyyətlisinə, çörəyin ən istisinə layiqik. Amma, təəssüf, çörək istehsalında bir sıra hallarda problemlərlə üzləşirik. Vətəndaşlar dəfələrlə çörəyin içindən çıxan kənar “məhsul”un fotosunu çəkərək, məsələni ictimailəşdiriblər.

Son günlərin əsas müzakirə mövzusu isə isə qlütendir. Belə ki, çörəyin tərkibinə qatılan qlütenin orqanizm üçün zərərli olduğu iddia edilir. Qidal təhlükəsizliyi eksperti Elsəvər Fərzəliyev bu barədə “Sherg.az”a danışıb:



“Orqanizmə ancaq E qrup əlavələr mənfi təsir göstərir. Buna baxmayaraq, həm E qrup, həm də digər inqridiyentlər müəyyən həddə qəbul edilməlidir. Dahi Nizaminin dediyi kimi:

Bir inci saflığı varsa da suda, 
artıq içiləndə dərd olur o da. 

Amma ümumilikdə, qlüten zülal tərkiblidir və maddələr mübadiləsində iştirak edir. Ona görə də orqanizm üçün faydalı, bəzən də zəruri hesab olunur. Təsadüfi deyil ki, ölkəmizdə bir vaxtlar buğdadan qlüten almaq məqsədilə xüsusi layihə başlanılmışdı. Əlbəttə, orqanizmdən orqanizmə fərq var. Bəzilərində buna ehtiyac olduğu halda, bəzilərində fəsadlarla nəticələnə bilər. Yəni fərdi məsələdir. Kim qlütenin çoxluğundan narahatdırsa, o yeməsin”. 

 E.Fərzəliyev, həmçinin çörək hazırlanmasındakı vacib məqamlardan da söz açıb:

“Ən əsas məsələ texnoloji sxem və əməliyyatların düzgün ardıcıllığıdır. Əlavələrdən nəzərdə tutulan miqdarda istifadə edilməlidir. Unutmaq olmaz ki, konkret inqridiyentlərin azlığı da pisdir, çoxluğu da. Necə deyərlər, hər şey normasında gözəldir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu