Koronavirus peyvəndi nə vaxt hazır olacaq? - Tramp AÇIQLADI

ABŞ prezidenti Donald Tramp yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvəndin prezident seçkilərindən əvvəl hazırlanmasının mümkün ola biləcəyini açıqlayıb.
APA-nın "Reuters"ə istinadən verdiyi xəbər görə, bu barədə Donald Tramp “Geraldo Rivera” radio proqramına müsahibəsində bildirib.
ABŞ prezidenti COVID-19 peyvəndinin lap yaxın müddətdə hazır ola biləcəyini vurğulayıb.
Aparıcının “Noyabrın 3-dən də tez” sualına isə ABŞ prezidenti belə cavab verib: “Bəli, düşünürəm ki, qeyd etdiyiniz tarixdən də əvvəl bu mümkündür, lakin ümumilikdə həmin ərəfəyə də düşə bilər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu