Bakıda ər arvadını bıçaqladı

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsi, Sarayevo küçəsində baş verib.

1984-cü il təvəllüdlü Yusifova Fərqanə Arif qızı əri ilə mübahisə zamanı bıçaqlanıb. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub. Yaralının vəziyyəti ağırdır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu