Güzəştli mənzillərlə bağlı YENİ XƏBƏR

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 2 saylı binası üzrə 96, 3 saylı binası üzrə 242, 4 saylı binası üzrə 137, ümumilikdə 502 mənzilin satışı 10 sentyabrın 10-u saat 11:00-dan sentyabrın 19-u 11:00-dək davam edəcək.

“APA-Economics” Mənzil İnşaatı Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, mənzillərin güzəştlə əldə edilməsi qaydasına uyğun olaraq, gözləmə qaydasında mənzillərin seçimi sentyabrın 14-ü saat 11:00-dan, sentyabrın 19-u 11:00-dək davam edəcək.

Mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu