Sumqayıtda zavodda YANĞIN: Səkkiz nəfər...

SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen Zavodunda yanğın baş verib.
Bu barədə APA -ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.
Görülmüş tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğının məhdudlaşdırılması həyata keçirilir.
Yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.
APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu