Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı

Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev ölkədə ilk növbədə kimlərin koronavirus peyvəndi olunacağını deyib.
Mk.ru xəbər verir ki, Qridnev ilk olaraq tibb işçilərinin və təqaüdçülərin peyvənd olunacağını bildirib.
Vaksinasiya prosesi üçün qeydiyyat avqustun 12-də başlayacaq. Hazırda son yoxlanma mərhələsi davam edir.
Nazir müavini qeyd edib ki, əvvəlcə peyvəndin təhlükəsizliyinə əminlik olmalıdır. Eyni zamanda, peyvəndin effektivliyini əhali arasında immunitet yarandıqdan sonra qiymətləndirmək mümkün olacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu