Müxalifətin yekdil qərarı:“Ölkəmizdə Türkiyə hərbi bazası yaradılsın!”

“Həmçinin bəzi məhbusların azad olunmasını vacib bildik”

“Çünki bu hal Azərbaycana qarşı mənfi fikir yaradır və  Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir”


Müxalifət yekdildir: “Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması zəruridir”
Dünən Azərbaycan müxalifət nümayəndələrinin görüşü keçirilib. Müxtəlif partiya rəhbərləri Azərbaycan Demokrat Partiyasının (ADP)qərargahında toplaşıblar. Onlar taleyüklü məsələləri müzakirə ediblər. 

 ADP sədri Sərdar Cəlaloğlu görüş barədə “Sherg.az”a danışıb:

“Karantin qaydaları bu görüşə mane olurdu. Nəhayət ki, yumşalmalardan istifadə edib toplandıq. Tovuz təxribatı, Dağlıq Qarabağ münaqişəsinin yeni müstəviyə keçməsi, iki qardaş dövlətin birgə təlimləri barədə fikir mübadiləsi apardıq.

Həmçinin Azərbaycan-Türkiyə əlaqələrini müzakirə etdik. Qərara gəldik ki, Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması zəruridir. Həmçinin  bəzi məhbusların azad olunmasını vacib bildik.

Çünki bu hal Azərbaycana qarşı mənfi fikir yaradır və  Dağlıq Qarabağ münaqişəsinin həllini çətinləşdirir. Qeyd edim ki, toplantıda on partiya təmsil olunurdu. Görüş yüksək səviyyədə keçdi”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu