Özbəkistanda koronavirusa yoluxanların sayı 29 minə çatıb

Son gündə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 740 nəfər artıb və 28 min 809-a çatıb.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, son sutkada ölkədə virusdan 4 nəfər ölüb və vəfat edənlərin sayı hazırda 173 nəfərdir.
Xəstəxanalarda 9 min 43 nəfərin müalicə olunduğu bildirilir, onların 728-nün vəziyyəti ağır, 217-nin isə kritikdir.
Virusa yoluxma halı və ölənlərin sayının artması ilə əlaqədar avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu