Hamilə qadın dənizdə boğularaq öldü

Sumqayıt şəhərinin Sahil küçəsində yerləşən çimərliklərdən birinin ərazisində boğulma hadisəsi qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, avqustun 7-də, təxminən, saat 21:50-də 1987-ci il təvəllüdlü Əhmədova Şəhanə Sərzalı qızı dənizdə boğulma təhlükəsilə üzləşib. O, sudan çıxarılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun meyiti müayinə üçün aidiyyəti üzrə təhvil verilib.
Onun 4 aylıq hamilə olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu