TƏBİB: “Karantin rejimindən yorulmuşuq”

“Hər birimiz karantin rejimindən yorulmuşuq. Amma bu günə kimi gördüyümüz təcrübə onu  göstərir ki, yaxın insanların bir yerə toplaşması nəticəsində ailəliklə koronavirusa yoluxurlar”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
O qeyd edib ki, qaydalara riayət etməsək, yoluxmalar artacaq:
“Yoluxmaların artmasından daha çox həkimlər və tibb işçiləri yorulublar. Ümid edirik ki, qarşıdan gələn vaxtlarda daha pozitiv xəbərlər verəcəyik”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu