Şahmar Mövsümov ölkədəki karantin rejimindən danışdı: “Əsassız iddialar var ki...”


“Əsassız iddialar var ki, bütün dünyada karantin yoxdur və heç kim maska taxmır. Yalnız Azərbaycanda belədir. Bu, yanlışdır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Onun sözlərinə görə, insanlar bununla bağlı dünya ölkələrindəki vəziyyətə baxa bilərlər:

“Virus heç yerə getməyib, aramızdadır. Dünya ölkələri bu virusla mübarizə aparır. Yoluxma sayının azalmasına sərt karantin rejimi ilə nail olmuşuq”.

“Əziyyətlə əldə etdiyimiz nailiyyəti qoruyub-saxlamaq lazımdır. Bunun üçün qaydalara əməl etmək lazımdır”, - deyə o qeyd edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu