TƏBİB: “Təqaüddə olan həkimlər belə işə cəlb oluna bilər”

“Hər bir həkimin məzuniyyətə çıxmaq haqqı var. Hazırda pandemiya dövründə yaşayırıq. Bu dövrdə təqaüddə olan həkimlər belə ehtiyac yaranarsa, işə cəlb oluna bilər”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Onun sözlərinə görə, həkimlərin məzuniyyətə çıxmasını həmin müəssisənin rəhbəri tənzimləməlidir.
“Lakin həkimlər ehtiyac olacağı təqdirdə geri çağırılmaq şərtilə məzuniyyətə buraxıla bilər”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu