TƏBİB-dən koronavirusa yoluxan həkimlərlə bağlı VACİB AÇIQLAMA


“Həkimlər bilavasitə xəstə ilə ünsiyyətdə olduqları üçün xəstəliyi ağır keçirirlər. Ona görə, çalışırıq ki, onların müalicəsinə diqqət edək. Həkimlərin müalicəsi TƏBİB və dövlət rəhbərliyi tərəfindən diqqətdə saxlanılır”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, onlar ön cəbhədə duran insanlardır:

“Koronavirusa yoluxmuş, həyatını itirən tibb işçilərinin xatirəsi bizim üçün əzizdir. Bunların içərisində məhz xüsusi rejimli xəstəxanalarda çalışan işçilərin sayı az olub”.

O qeyd edib ki, koronavirusa yoluxma hallarının əksəriyyəti digər xəstəxanalarda çalışan və təcili yardım çağırışına gedən həkimlər arasında olub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu