Prezidentin köməkçisi: "Hələlik məscidlərin açılmasına gedə bilmərik”

“Biz hələlik məscidlərin açılmasına gedə bilmərik”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Onun sözlərinə görə, bu il Həcc ziyarəti qeyri-adi formada keçirildi:
“İnsanların səhhətinin qorunması təkcə tibb sahəsinə aid deyil. Bu, iqtisadiyyata və normal həyatımıza təsir edir”.
“Bu il məscidlərin açılması müzakirə olunmur”, - deyə, Prezidentin köməkçisi əlavə edib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu