Əsas məsələ xərclənəcək pulların səmərəsidir

Həyata keçirilən tədbirlərn yalnız maliyyə tərəfini hesablamaqla məşğul olan qruplar görülən işin keyfiyyətinə kölgə salmağa çalışırlar

Ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlərin, o cümlədən xüsusi karantin rejiminin və sərtləşdirilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində koronavirusla mübarizə sahəsində müsbət dinamika əldə olunub. 

Həmçinin müasir səhiyyə infrastrukturunun yaradılması sahəsində görülən işlər,  modul tipli xəstəxanaların koronavirus xəstələrinin ixtiyarına verilməsi, qoruyucu vasitələrin istehsalının təşkili kimi tədbirlər ölkəmizin dünya miqyasında qabaqcıl yerlərdə olmasına zəmin yaradıb. 

Bu dövr ərzində həkim çatışmazlığı ilə bağlı problemlərin həlli və Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən həkim briqadalarının Azərbaycana gətirilməsi də kifayət qədər  əhəmiyyətli bir addımdır. 

Bütün bunlardan əlavə pandemiya ilə əlaqədar məşğulluğun və sosial rifahın  dəstəklənməsi sahəsində  görülən işlər də ölkə ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir. 

İqtisadçı-ekspert Pərviz Heydərov isə hesab edir ki, Azərbaycan dövlətinin və hökumətinin yaranmış vəziyyətlə əlaqədar çevik reaksiyası sadəcə ölkə vətəndaşları deyil, xarici dairələr tərəfindən də müsbət qiymətləndirilib:

"Bilirsiniz ki, pandemiya ilə əlaqədar böhran dövlətimizin və hökumətimizin qarşısında iki mühüm məsələni həll etmək vəzifəsi qoyub. Bunlardan biri əhalinin sağlamlığının qayğısına qalmaqdırsa, ikincisi, neftin qiymətinin kəskin şəkildə ucuzlaşması fonunda ölkə iqtisadiyyatını baş verə biləcək xaos və tənəzzüldən sığortalamaq idi. Odur ki, hər iki vəzifənin icrası sinxron həyata keçirildi və hazırda da bu siyasət davam etdirilir. 

Xüsusən də əhalinin sağlamlığının qorunması və məşğulluğun, sosial rifahın dəstəklənməsi, iqtisadiyyatın stimullaşdırılması görülən tədbirlərin əsas istiqamətlərini təşkil edir. İqtisadiyyata və sosial rifaha təxirəsalınmaz dəstək tədbirlərinin görülməsi üçün ümumi dəyəri 3,5 milyard manat, o cümlədən məşğulluq və sosial rifah bölməsinə 600 milyon manat, yəni 2 milyard ABŞ dollarından ibarət olan xüsusi Fəaliyyət Planı təsdiq edildi. Məşğulluq və sosial rifahı dəstəkləmək üçün 4 istiqamət üzrə 12 tədbir reallaşdırılmaqla, əhalinin 48 faizi - 4,8 milyon nəfər əhatə dairəsinə alındı. Eyni zamanda, işsiz və gəlirini itirmiş aztəminatlılardan ibarət 600 min şəxsə yaşayış minimumu qədər birdəfəlik ödənişlərin həyata keçirilməsi də qeyd olunmalıdır.

Sözün qısası, ən azından insanların evdə qala bilməsi üçün əvvəlcə 1 milyard manat məbləğində sosial-iqtisadi paket nəzərdə tutulmuşdusa, sonra bu rəqəmin 2,5 milyard manat təşkil etməklə və ilkin olaraq həyata keçirilən addımlardan sonra vəsaitin həcminin 3-3,5 milyard manatı ötməsiylə, dövlət xərclərə görə narahat olmadığını nümayiş etdirdi və heç nəyi vətəndaşlarından əsirgəmədi".

İqtisadçının sözlərinə görə, həyata keçirilən tədbirlərn yalnız maliyyə tərəfini hesablamaqla məşğul olan qruplar görülən işin keyfiyyətinə kölgə salmağa çalışırlar:

"Hansı ki, əsas nə qədər pul xərcləniləcəyində yox, xərcləniləcək pulun səmərəsindədir. Dövlət büdcəsindən bütün qeyd olunan dəstək proqramlarının həyata keçirilməsi üçün indiyədək 600 milyon manatdan çox vəsait ayrılıb. Yerdə qalan vəsaitin isə ilin sonuna kimi ayrılması nəzərdə tutulur. Tendensiya onu göstərir ki, bir tərəfdən gəlirlər azalır, digər tərəfdən pandemiyaya qarşı mübarizə üçün əlavə vəsaitlərə ehtiyac yaranır".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu